Bank

Azərbaycanda bankın rəhbərliyində dəyişikliklər olacaq

 Aprelin 4-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Businessinsider.az" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın Müşahidə Şurasının tərkibinə yenidən baxılması, eləcə də Bankın korporativ aktlarına, nizamnaməsinə, idarəetmə strukturuna daxil olan orqanlar barədə əsasnamələrə və onların səlahiyyətlər müddətləri barədə qərarlara əlavə və dəyişikliklər edilməsi, bağlanmış əhəmiyyətli əqdlərin nəzərdən keçirilməsi, həmçinin “Unibank”ın törəməsi olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitallnın artırılması ilə bağlı proqrama baxılması məsələləri daxildir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)