TURİZM

2025-ci ildə dünyanın ən güclü 10 pasportu - SİYAHI

“Henley & Partners” konsaltinq şirkəti yeni pasport indeksini təqdim edib. Bu reytinqdə ölkələr vətəndaşlarına açıq olan vizasız istiqamətlərin sayına görə sıralanır. Reytinq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına əsaslanır. ABŞ 180 vizasız istiqamətlə 12-ci yerdə qərarlaşıb. Reytinqin ilk pillələrində yer alan ölkələr isə bunlardır:

Sinqapur (1-ci yer), Cənubi Koreya (2-ci yer), Yaponiya (3-cü yer), Almaniya, İtaliya, Lüksemburq, İspaniya, İsveçrə (4-cü yeri bölüşürlər), Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Niderland (5-ci yeri bölüşürlər), Yunanıstan, Macarıstan, Yeni Zelandiya, Norveç, Portuqaliya, İsveç (6-cı yeri bölüşürlər), Avstraliya, Çexiya, Malta, Polşa (7-ci yeri bölüşürlər), Xorvatiya, Estoniya, Slovakiya, Sloveniya, BƏƏ, Böyük Britaniya (8-ci yeri bölüşürlər), Kanada (9-cu yer), Latviya və Lixtenşteyn (10-cu yeri bölüşürlər).

Azərbaycan reytinqdə 72-ci yerdədir. Belə ki, Azərbaycan pasportu ilə dünyanın 72 ölkəsinə vizasız səfər etmək mümkündür. Rusiya pasportu sıralamada 50-ci yerdədir — bu pasportla dünyanın 114 ölkəsinə vizasız səfər edə bilərsiniz. Digər MDB ölkələri arasında Gürcüstan 46-cı, Ermənistan 76-cı, Qazaxıstan isə 67-ci yerdədir.

“2014-cü ildə reytinqdə 1-ci yeri tutan Amerika pasportu indi 12-ci yerə enib və bu yeri Malayziya ilə bölüşür. Malayziya vətəndaşları dünyadakı 227 ölkədən cəmi 180-nə vizasız daxil ola bilirlər”, – mesajda deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)