Sənaye

Türkiyənin aparıcı raket istehsalçısı Azərbaycanda nümayəndəliyini yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Roketsan Roket Sanayi ve Ticaret Anonim Şirketi"nin yerli nümayəndəliyini dövlət qeydiyyatına alıb.

Məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 15, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Cumhur Murat Bozdur.

Xatırladaq ki, "Roketsan Roket Sanayi ve Ticaret Anonim Şirketi" Türkiyənin aparıcı raket istehsalçısıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)