Sənaye

“Azneft”in baş direktoru vəzifəsindən azad edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.

ENA.az xəbər verir ki, “Azneft”in baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib.

Yeni qərarla o, “SOCAR Upstream” xüsusi layihələr üzrə direktor vəzifəsinə təyin edilib.

Digər bir qərarla “Azneft”in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.

Əli Qurbanov daha əvvəl “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb. 2024-cü ildə “Azneft”ə baş direktor təyin edilmişdi

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)