Tramp mayın 8-ni Qələbə Günü elan etdi

ABŞ Prezidenti Donald Tramp 8 may tarixini ölkədə İkinci Dünya müharibəsində Qələbə Günü elan edib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Bununla yanaşı, o, noyabrın 11-nin ölkədə Birinci Dünya müharibəsində Qələbə Günü kimi qeyd ediləcəyini bildirib.
“Bizim bir çox müttəfiqlər və dostlarımız mayın 8-ni Qələbə Günü kimi qeyd edirlər, lakin biz İkinci Dünya müharibəsində qələbənin qazanılması üçün istənilən digər ölkələrdən daha çox şey etmişik”, - deyə ABŞ lideri vurğulayıb.