Hadisə

Azərbaycanda iş adamı - HƏBS EDİLDİ

Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət rəhbəri həbs edilib.

"Businessinsider.az"ın məlumatına görə, 1 milyon manatlıq dələduzluqda təqsirli bilinən "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov bir müddət əvvəl saxlanılıb. Cinayət işi üzrə 16 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İttihama görə, A.Qədirov inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb.

 

(c) ONA.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)