Bitcoin bahalaşmağa başladı

ABŞ prezidenti Donald Trampın Fed sədri Jerome Paueli devirmək səyləri ilə bağlı yenidən narahatlıqlar dolların ucuzlaşmasına səbəb olub. Bitcoin isə “Qurtuluş Günü”ndə tarif elanlarından sonra ən yüksək səviyyəyə qalxıb.
Bloomberg məlumatlarına görə, bazar ertəsi səhər Sinqapurda bitkoin təxminən 3 faiz artaraq 87 600 dollara çatıb.
Bu artımla Bitcoin 2 apreldə Trampın açıqladığı ikitərəfli tariflərdən sonra yaşanan itkilərin çoxunu kompensasiya etdi və qlobal bazarlardakı qarışıqlığa baxmayaraq kriptovalyuta bazarında canlanmanın siqnalını verdi.