Sosial iqtisadiyyat

Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib

Azərbaycan İnsan Resursları Assosiasiyasına (AİRA) yeni sədr seçilib.

Məlumata görə, bu vəzifəyə İbrahim İbrahimov gətirilib.

İbrahim İbrahimov 2021-2023-cü illərdə Bakı Ali Neft Məktəbinin MBA proqramı üzrə menecment ixtisasını bitirib.

O, “Azərşəkər” MMC-nin İnsan resursları departamentinin rəhbəri, “ChancePay” MMC-nin həmtəsisçisidir.

Daha öncə isə “PASHA Management Company” –  Qrup İnsan resursları üzrə ekspert mərkəzində Baş mütəxəssis, “PMD Hospitality”də İnsan Resursları üzrə baş mütəxəssis vəzifələrində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)