Gündəm

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında gözlənilən hidrometeoroloji hadisə haqqında əhaliyə xəbərdarlıq edilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakı və Abşeronda hava necə olacaq?

Qeyd olunub ki, aprelin 15-dən 16-a keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Aprelin 17-si səhər yağıntılar kəsiləcək.

Azərbaycanın rayonlarında gözlənilən hidrometeoroloji hadisə haqqında növbəti xəbərdarlıq

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, bəzi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhərədək davam edəcək.

Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)