Tanınmış DYP rəisi işdən çıxarıldı - FOTO

Bakının Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işdən çıxarılıb.
"BI" xəbər verir ki, bunla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Eləcə də bax: Daha bir rayonun polis rəisi vəzifəsindən azad edildi - MİSİR MƏRDANOVUN QARDAŞIDIR
Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini polis kapitanı Ramiz Rzayev icra edir.