Sosial iqtisadiyyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2 dəfəyə yaxın artıb

2019-cu ildən bəri Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq 2025-ci ilin əvvəlinə 807 min təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, "Bu dövrdə iqtisadi sistem üşün əhəmiyyətli hesab etdiyimiz ƏDV ödəyicilərinin sayı isə 3 dəfə artaraq 52,8 minə çatıb", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın yeni strateji inkişaf dövründə iqtisadiyyatın davamlı artımının təmin edilməsi və artım sürətinin yüksəldilməsi üçün maliyyə-vergi və uçot sisteminin çevik hədəflərə adaptasiya oluna bilən nəticə yönümlülüyü artmaqdadır.

"2019-cu ildən etibarən vergi sistemində yeni yanaşmalarnın tətbiqinə başlanılıb. Bunlar, "kölgə iqtisadiyyatı" ilə mübarizə, iqtisadiyyatda şəffaflığın artırılması, haqlı rəqabətin qorunması, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadə, sahibkarlığın dəstəklənməsi olub. Bu dövrdən başlayaraq sahibkarlıq subyektlərində vergi uçotuna yanaşma dəyişib. Son bir neçə ildə uçotun düzgün qurulması və şəffaf fəaliyyərin təmin edilməsi üçün sərgilədiyimiz yanaşmalar, habelə qanunvericilik və inzibatçılıqla bağlı aparılan siyasət vergi ödəyicilərinin uçotunun qurulmasına münasibətdə, "kölgə iqtisadiyyatı"nın leqallaşması istiqamətində əhəmiyyətli nəticələrə gətirib" - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)