Sığorta

Ən çox şikayət olunan sığorta şirkətləri hansılardır? - SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin fevral ayından 2025-ci ilin yanvar ayına qədər olan dövr üçün avto-icbari sığorta üzrə şikayət indeksini açıqlayıb.

Cədvələ əsasən, ən yüksək şikayət indeksinə malik sığorta şirkəti “Paşa Sığorta” ASC olub (1,28).

“Xalq Sığorta” ASC (1,16) və “Atəşgah Sığorta” ASC (1,12) isə ikinci və üçüncü yerdə qərarlaşıb.

Ən aşağı şikayət indeksinə malik sığorta şirkətləri isə “Qala Sığorta” ASC (0,37) və “Azərbaycan Sənaye Sığorta” ASC (0,48) olub. “AtaSığorta” ASC (0,66) və “Meqa Sığorta” ASC (0,85) isə orta şikayət göstəricisinə malik şirkətlər sırasına düşüb.

Bu indeks vətəndaşların sığorta xidmətləri seçimini daha informativ şəkildə etməsinə kömək məqsədilə Mərkəzi Bank tərəfindən aylıq hesablanır və yayımlanır. Şikayət indeksinin hesablanması beynəlxalq metodologiya əsasında aparılır və aktiv lisenziyaya malik sığorta şirkətlərinə daxil olan şikayətlər nəzərə alınır.

Şikayət indeksi şikayətlər üzrə bazar payının bağlanan müqavilələr üzrə bazar payına bölünməsi ilə hesablanır. Bu, şirkətlərin bazardakı mövqeyinə uyğun olaraq daxil olan şikayətlərin nisbətini göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)