Birja

Bitcoin 3,5 ayın ən aşağı səviyyəsinə düşüb - QİYMƏT

Bitcoin 3,5 ayın ən aşağı səviyyəsinə düşüb. Bitcoin 2025-ci il yanvarın 20-də, ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində əldə etdiyi 109 241 dollara çatan rekord həddən 25 faizdən çox geriləyərək böyük eniş yaşadı.

28 fevral 2025-ci il səhər saatlarına olan məlumata görə, bitkoin 82 220 dollara ticarət edilib və 11 noyabr 2024-cü ildən bəri ən aşağı səviyyəyə çatdı. Birgünlük eniş isə 6,24% təşkil edib.

Ether, Solana və XRP kimi əsas kriptovalyutalar da əhəmiyyətli itkilərə məruz qalıb. Ether-ə 1,5 milyard dollar dəyərində kiberhücum enişi şərtləndirən əsas amil olub. Bu azalmaya həm də prezident Trampın sərt siyasət mövqeyi və ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklər səbəbindən investorların artan narahatlığı səbəb olub. Xüsusən də administrasiyanın son vaxtlar açıqladığı tarif planları bazarda dalğalanmalara səbəb olub.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)