Persona

Heydər Əliyev ordenini indiyədək kimlər alıb? - SİYAHI

"Heydər Əliyev" ordeni Azərbaycanın ən ali dövlət təltifidir. Orden Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilmişdir. 2005-ci ildən bu yana 27 nəfər bu ordenlə təltif edilib.

Sonuncu təltif siyahısına isə bugün 90 yaşlı Artur Rasi-zadə düşdü. 

"Heydər Əliyev" ordeni ilə təltif edilən 27 nəfərdən 11 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər.

Ordenlə təltif edilən 27 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova.

"Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı və (90 yaşında) idi.

Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.

Ordenin hazırlanmasında istifadə olunmuş qiymətli metalların və qiymətli daşların çəkisi (texnoloji proses zamanı yarana biləcək fərqlər nəzərə alınmaqla) və miqdarı ordenin əmtəə sertifikatında göstərilir.

Siyahı

Sıra

Təltif edilən

Foto

Vətəndaşlıq

Fəaliyyəti / Vəzifəsi

Tarix

Sərəncam

İst.

1.

İlham Əliyev
(1961—)

Azərbaycan
Azərbaycan

dövlət xadimi,
Azərbaycan Prezidenti

28.04.2005

— "Heydər Əliyev" ordeninin statusunun 2-ci maddəsinə əsasən İlham Əliyev "Heydər Əliyev" ordeni ilə təltif edilsin.[a]

[1]

2.

İhsan Doğramacı
(1915—2010)

Türkiyə
Türkiyə

pediatr,
Hacettepe Universitetinin qurucusu

29.04.2005

— Türkiyə ilə Azərbaycan arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişafında xüsusi xidmətlərinə görə İhsan Əli Paşa oğlu Doğramacının "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[2]

3.

Jak Şirak
(1932—2019)

Fransa
Fransa

dövlət xadimi,
Fransa Prezidenti

29.01.2007

— Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Jak Şirak "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[3]

4.

Mstislav Rostropoviç
(1927—2007)

Rusiya
Rusiya

violonçel ifaçısı, pianoçu, dirijor,
SSRİ xalq artisti

27.03.2007

— Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafında xidmətlərinə görə Mstislav Rostropoviç "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[4]

5.

Viktor Yuşşenko
(1954—)

Ukrayna
Ukrayna

dövlət xadimi,
Ukrayna Prezidenti

21.05.2008

— Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Viktor Yuşşenko "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[5]

6.

Tahir Salahov
(1928—2021)

Azərbaycan
Azərbaycan

rəssam,
SSRİ xalq rəssamı

27.11.2008

— Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Tahir Teymur oğlu Salahov "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[6]

7.

Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
(1929—2020)

Küveyt
Küveyt

dövlət xadimi,
Küveyt Dövlətinin Əmiri

09.02.2009

— Küveyt Dövləti ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Sabah əl-Əhməd əl-Cabir əs-Sabah "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[7]

8.

Lex Kaçinski
(1960—2010)

Polşa
Polşa

dövlət xadimi,
Polşa Prezidenti

30.06.2009

— Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Lex Kaçinski "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[8]

9.

Valdis Zatlers
(1955—)

Latviya
Latviya

dövlət xadimi,
Latviya Prezidenti

10.08.2009

— Latviya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Valdis Zatlers "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[9]

10.

Trayan Besesku
(1951—)

Rumıniya
Rumıniya

dövlət xadimi,
Rumıniya Prezidenti

18.04.2011

— Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Trayan Besesku "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[10]

11.

Georgi Pırvanov
(1957—)

Bolqarıstan
Bolqarıstan

dövlət xadimi,
Bolqarıstan Prezidenti

14.11.2011

— Bolqarıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Georgi Pırvanov "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[11]

12.

Emoməli Rəhmon
(1952—)

Tacikistan
Tacikistan

dövlət xadimi, Tacikistan Prezidenti

11.07.2012

— Tacikistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Emoməli Rəhmon "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[12]

13.

Arif Məlikov
(1933—2019)

 

Azərbaycan
Azərbaycan

pedaqoq,
SSRİ xalq artisti

13.09.2013

— Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[13]

14.

Abdullah Gül
(1950—)

Türkiyə
Türkiyə

dövlət xadimi,
Türkiyə Prezidenti

11.11.2013

— Türkiyə ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Abdullah Gül "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[14]

15.

Viktor Yanukoviç
(1950—)

Ukrayna
Ukrayna

dövlət xadimi,
Ukrayna Prezidenti

17.11.2013

— Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Viktor Yanukoviç "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[15]

16.

Rəcəb Tayyib Ərdoğan
(1954—)

Türkiyə
Türkiyə

dövlət xadimi,
Türkiyə Prezidenti

02.09.2014

— Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rəcəb Tayyib Ərdoğan "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[16]

17.

Mehriban Əliyeva
(1964—)

Azərbaycan
Azərbaycan

ictimai-siyasi xadim,
Azərbaycan Milli Məclisinin deputatı

29.06.2015

— Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[17]

18.

Aleksandr Lukaşenko
(1954—)

Belarus
Belarus

dövlət xadimi,
Belarus Prezidenti

28.11.2016

— Belarus ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Aleksandr Lukaşenko "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[18]

19.

Zeynəb Xanlarova
(1936—)

Azərbaycan
Azərbaycan

müğənni,
SSRİ xalq artisti

26.12.2017

— Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Zeynəb Yəhya qızı Xanlarova "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[19]

20.

Nursultan Nazarbayev
(1940—)

Qazaxıstan
Qazaxıstan

dövlət xadimi,
Qazaxıstan Prezidenti

03.04.2017

— Qazaxıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Nursultan Nazarbayev "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[20]

21.

Ömər Eldarov
(1927—)

Azərbaycan
Azərbaycan

rəssam,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru

19.12.2017

— Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Ömər Həsən oğlu Eldarov "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[21]

22.

Serco Mattarella
(1941—)

İtaliya
İtaliya

dövlət xadimi,
İtaliya Prezidenti

18.07.2018

— Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Sercio Mattarella "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[22]

23.

Allahşükür Paşazadə
(1949—)

Azərbaycan
Azərbaycan

din xadimi,
Qafqaz müsəlmanları XII şeyxülislamı

26.08.2019

— Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Hacı Allahşükür Hümmət oğlu Paşazadə "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[23]

24.

Ramiz Mehdiyev
(1938—)

Azərbaycan
Azərbaycan

dövlət və elm xadimi,
AMEA Prezidenti

23.10.2019

— Azərbaycanda dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[24]

25.

Xoşbəxt Yusifzadə
(1930—2023)

Azərbaycan
Azərbaycan

mühəndis-geoloq,
ARDNŞ-nin birinci vitse-prezidenti

13.01.2020

— Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

[25]

26.

Polad Bülbüloğlu
(1945—)

Azərbaycan
Azərbaycan

müğənni, dövlət xadimi
Azərbaycanın Rusiyada səfiri

03.02.2020

— Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüoğlu "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)