BƏƏ məxsus şirkətin bütün anbarları Rusiya dövlətinin nəzarətinə keçdi
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus, Rusiyada fəaliyyət göstərən ən böyük anbar şirkətlərindən biri - “Raven Russia”nın bütün anbarların Rusiya dövlətinin nəzarətinə keçib.
Rusiya Baş Prokurorluğunun “Raven Russia”ya qarşı qaldırdığı iddiaya Rusiyanın paytaxtı Moskvada məhkəmədə baxılıb.
Məhkəmə “Raven Russia”ya məxsus 16 anbarın inhisarda fəaliyyət göstərdiyinə qərar verib və şirkətə məxsus bütün anbarların Rusiya dövlətinin nəzarətinə keçməsinə qərar verib.
Mövzu ilə bağlı şirkətdən verilən açıqlamada qərarın qanunsuz olduğu və lazımi etirazların ediləcəyi bildirilib.
Raven Russia Moskva və Sankt-Peterburqda yerləşir. Sankt-Peterburq da daxil olmaqla müxtəlif bölgələrdə ümumi sahəsi 1,9 milyon kvadratmetr olan 16 anbara nəzarət edirdi.