Mask: "Biz USAID-in ləğvi prosesindəyik"
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesi gedir.
TASS xəbər verir ki, bu barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşım edib.
"Biz USAID-in ləğvi prosesindəyik", - o bildirib.
İ.Maskın sözlərinə görə, USAID bərpa oluna bilməz: "Bu qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır".