Sosial iqtisadiyyat

Növbəti 5 ildə dəmiryol sahəsində görüləcək işlər açıqlandı

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

ENA.az xəbər verir ki, Dövlət Proqramında növbəti 5 ildə dəmiryol sahəsində görüləcək işlər də açıqlanıb:

Bakı–Xırdalan–Sumqayıt xəttinin təkmilləşdirilməsi (2025–2027):

Biləcəri–Xırdalan–Sumqayıt dəmiryol xəttində planlaşdırılan işlərin, o cümlədən dəyişən cərəyan dartı sisteminə keçidin tamamlanması, Bakı sərnişin–Biləcəri–Xırdalan–Sumqayıt dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması.

Bakı–Pirşağı–Sumqayıt xəttinin təkmilləşdirilməsi (2026−2028):

Bakı sərnişin–Pirşağı–Sumqayıt dəmiryol xətlərində planlaşdırılan işlərin, o cümlədən dəyişən cərəyan dartı sisteminə keçidin tamamlanması, dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması.

Bakıxanov−Binə−Qala xəttinin bərpası (2026−2028):

Dəyişən cərəyan dartı sisteminə keçidin tamamlanması, dəmiryol xəttinin qatarburaxma qabiliyyətinin artırılması, eləcə də sərnişindaşımanın bərpa edilməsi, yeni dayanacaqların istismara buraxılması.

Zabrat−Maştağa−Bağlar xəttinin bərpası (2028−2030):

Dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin bərpa edilməsi, yeni dayanacaqların istismara buraxılması

Yeni Suraxanı−Hövsan xəttinin bərpası (2026−2027):

Dəyişən cərəyan dartı sisteminə keçidin tamamlanması, dəmiryol xəttinin qatarburaxma qabiliyyətinin artırılması, eləcə də sərnişindaşımanın bərpa edilməsi, yeni dayanacaqların istismara buraxılması.
Güzdək−Qaradağ xəttinin bərpası (2027−2029).

Dəmiryol xəttinin qatarburaxma qabiliyyətinin bərpa edilməsi, yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı–Xırdalan–Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığının artırılması.

20 ədəd sərnişin qatarının alınması (2025−2030) nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)