HI-TECH

“Alibaba” “DeepSeek”ə qarşı yeni versiyasını təqdim edib

Çin internet nəhəngi “Alibaba Group Holding” öz süni intellekt modeli “Qwen”in yeni versiyasını təqdim edib. Bu modelin “DeepSeek” də daxil olmaqla, bazardakı bir sıra aparıcı məhsullardan üstün olduğunu iddia edib.

Bu barədə "Reuters" xəbər verir.

Bu ayın əvvəlində “V3” modelinə əsaslanan Çin süni intellekt köməkçisi “DeepSeek” və “R1” modelinin buraxılışı İT investorlarını şoka salıb. Bütün dünyada texnologiya şirkətlərinin səhmlərinin kəskin düşməsinə səbəb olub.

“DeepSeek”in iddia edib ki, öz məhsulları daha ucuzdur. Bu isə investorları ABŞ-nin aparıcı süni intellekt şirkətlərinin böyük xərclərinin əsaslı olmasına şübhə ilə yanaşmağa vadar edib.

“Alibaba Cloud”un məlumatına görə, “Qwen2.5 Max” böyük dil modelinin (LLM) son versiyası bəzi parametrlər üzrə “DeepSeek V3” modelini üstələyir. Digər xüsusiyyətlər üzrə rəqabətli nəticələr göstərir.

“Alibaba” bildirib ki, “Qwen2.5 Max” “DeepSeek V3”, “OpenAI”nin “GPT-4o” və “Claude-3.5-Sonnet” də daxil olmaqla digər qabaqcıl LLM-lərlə müqayisədə rəqabətli performans göstərir.

“DeepSeek” süni intellekt köməkçisi bu həftə ABŞ də daxil olmaqla bir sıra ölkələrdə “App Store”da yükləmələrin sayına görə birinci yeri tutub. “Android” əsaslı cihazlar üçün “Play Store” tətbiq mağazasında yükləmələrə görə liderlər sırasına daxil olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)