Rəsmi

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan Məlumatları” informasiya sisteminin sahibi və operatoru İqtisadiyyat Nazirliyidir.

Bu barədə Əsasnamənin məlumatında bildirilib.

Sənədə əsasən, sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğularını və kanallarını nazirliyin struktur bölmələri, sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğularını və kanallarını isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təşkil edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)