Bank

Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişiklikləri həyata keçirilib.

ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilərək onun bazasında 2 yeni departament yaradılıb. Bunlar, Bankların fəaliyyətinə nəzarət departamenti və Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentidir. 1-ci departamentə direktor Samir Rzayev, 2-ci departamentinə direktor isə Xəyyam İsmayılov təyin edilib.

S.Rzayev indiyə qədər AMB-nin Maliyyə monitorinqi departamentinin direktoru, X.İsmayılov ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi olub. Maliyyə monitorinqi departamentinə rəhbərlik Orxan Abdullayevə həvalə olunub.

Bundan başqa, AMB-də Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti yaradılıb. Ona hələ ki, direktor təyin olunmayıb.

Eyni zamanda, qurumun Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Fuad Səbziyev vəzifəsindən azad edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)