BİZNES

Şimali Kipr Türk Ticarət və Sənaye Palataları Birliyinə tam hüquqlu üzvü olmaq üçün müraciət etdi

Şimali Kipr Türk Ticarət və Sənaye Palataları Birliyinə tam hüquqlu üzv olmaq üçün müraciət edib.

Müraciəti Şimali Kipr Palatasının rəhbəri Turqay Dəniz Bakıda keçirilən Birliyin Baş Assambleyasında açıqlayıb.

Hazırda Şimali Kipr Birlikdə müşahidəçi üzv statusundadır. Onun tam hüquqlu üzv olmaq istəyinə baxılacaq.

Xatırladaq ki, Türk Ticarət və Sənaye Palataları Birliyi 2019-cu ilin mayında Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müvafiq işəgötürənlər təşkilatlarının, o cümlədən ASK-nın dəstəyi ilə təsis edilib. Onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın ticarət-sənaye palataları daxildir. Macarıstan və Şimali Kiprin palataları bu qurumda müşahidəçi qismində iştirak edir.

Birliyin əsas vəzifələri üzv ölkələr arasında mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində qarşılıqlı yardım kimi məsələlərdən ibarətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)