Sığorta

"İpək Yolu Sığorta"nın Direktorlar Şurasının sədri vəzifəsindən - AZAD EDİLDİ

“İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Zaur Sənan oğlu Axundov vəzifəsindən azad edilib.

BI” xəbər verir ki, onu Teymur Namiq oğlu Məmmədov əvəz edib.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)