Sənaye

Gəmiçilik üçün daha iki tanker inşa olunacaq

“Bakı Gəmiqayırma Zavodu”nda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün daha iki tanker inşa olunacaq.

Bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında yeni müqavilə imzalanıb.

Müqaviləni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov imzalayıblar.

Ümumiyyətlə, ASCO donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70-dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Bu gəmilərə tanker, quru yük, bərə, kran, sərnişin, dalğıc, təchizat-yedək, yedək, yangınsöndürən, torpaqqazan, dibdərinləşdirən gəmiləri daxildir. İndiyədək sözügedən zavodda ASCO-nun sifarişi ilə bir ədəd liman-yedək, üç sərnişin gəmisi tikilərək təhvil verilib.

Hazırda isə ASCO üçün Gəmiqayırma Zavodunda iki RCT12C tipli yeni nəsil tanker, iki unikal "Ro-Pax" tipli (CNF- 18C) gəmi-bərə tikilir. Gəmilərin inşası qrafikə uyğun sürətlə davam etdirilir. Onlar növbə ilə 2020-ci ilin sonuna kimi təhvil veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)