Sığorta

Daha bir sığorta şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək

28 mart 2019-cu il tarixində “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir.

"BI" ASC-nin elanına istinadən xəbər verir ki, yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:

 1. “İpək Yolu Sığorta” ASC-nin 2018-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi;

 2. Sair məsələlər.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva R. Ə. təyin edilmişir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department