Azərbaycan banklarının xarici aktivləri artır

Azərbaycan banklarının xalis xarici aktivlərində artım müşahidə edilir. ENA.az xəbər verir ki, bu ilin on ayında xalis xarici aktivlər 672 (395 milyon dollar-red) milyon manat artıb və 3 milyard 345 milyon manat olub.
Qeyd edək ki, 2023-cü ilin sonuna bankların xalis xarici aktivləri 2 milyard 673 milyon manat idi. 2022-ci ildə isə bu rəqəm 6 milyard 427 milyon manat təşkil etmişdi.