Ləğv edilən nazirliyin səlahiyyətləri bu qurumlar arasında bölünüb -FƏRMAN
Azərbaycan Respublikası Prezidenti “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2001-ci il 19 iyul tarixli 539 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 25 iyul tarixli 430 nömrəli və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2010-cu il 13 dekabr tarixli 361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Eləcə də bax: Prezident: Milyardlarla dollarlıq sərmayə cəlb etdik, yeni iş yerləri açdıq
Fərman ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətləri bir neçə dövlət qurumuna ötürülməsi ilə bağlı olub.
Fərmanda deyilir,
1. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476; 2005, № 2, maddə 71; 2007, № 4, maddə 323; 2008, № 5, maddə 372; 2014, № 7, maddə 806, № 10, maddə 1174; 2017, № 2, maddə 164, № 7, maddə 1331; 2018, № 12 (I kitab), maddə 2539) 3.4-cü bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Müdafiə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185; 2018, № 12 (I kitab), maddə 2580) 2.5-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin.
3. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594; 2007, № 11, maddə 1117, № 12, maddə 1223; 2008, № 8, maddə 724; 2009, № 6, maddə 419, №11, maddə 888; 2014, № 5, maddə 470; 2016, № 9, maddə 1027; 2017, № 7, maddə 1325) 2.7-ci bəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.
4. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 361 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1061; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 3.2-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Ədliyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti