Azərbaycan banklarının xarici borclanması 5 ildə 38% artıb
Azərbaycandakı kommersiya banklarının 3 milyard 345 milyon manat həcmində xarici aktivləri var. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cəmi xarici aktivlər 6 milyard 672 milyon manatdır. Bankların xarici borclar isə 2 milyard 637 milyon manat təşkil edir.
Qeyd edək ki, kommersiya kredit təşkilatlarının xarici borclanmasındakı bu səviyyə son 5 ilin maksimumudur. 2019-cu ilin xalis xarici aktivlərin həcmi isə 5 milyard 232 milyon manat olub.
Başqa sözlə desək, Azərbaycandakı kommersiya banklarının xalis xarici aktivləri ötən 5 ildə 36 faiz azalıb, xarici borcu isə 38% artıb.
Məlumat üçün bildirək ki, banklardakı manatla depozitlər 18 milyard 876 milyon manat. xarici valyutada depozit həcmi isə 9 milyard 826 milyon manat təşkil edir.