MALİYYƏ

Azərbaycanda ehtiyat fondlarına ayırmalar 9 %-dən çox artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 448 milyon manatı və yaxud 1 %-dən bir qədər çoxu ehtiyat fondlarına ayırmaların payına düşəcək.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 38 milyon manat və yaxud 9,3 % çoxdur.

O cümlədən, Prezidentin ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə illik müqayisədə 38 milyon manat artaraq 148 milyon manat təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çoxdur), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)