Sığorta

Sığorta haqlarından ən çox HANSI ŞİRKƏT QAZANIB? - TƏHLİL

Bu ilin yanvar-sentyabr aylarında ümumi sığorta yığımları 1 milyard 23 milyon 707 min manat olub. Sığorta ödənişləri 553 milyon 746 min manat təşkil edib. Bu isə o deməkdir ki, sığorta haqlarının 54%-i ödənişlərə xərclənib, ümumi sektorun 46% mənfəəti yaranıb.

Ayrı-ayrılıqda sığorta şirkətlərinin qazancları isə müxtəlifdir. ENA.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, bəzi sığorta şirkətləri 95% qazanc əldə etdiyi halda, bəzi şirkətlərdə bu 8%, 11% təşkil edir.

Rəqəmlərin təhlili onu göstərir ki, sığorta haqlarının 709 milyon 467 min manatı PAŞA Sığorta qrupunun payına düşür. Bu isə o deməkdir ki, ümumi yığımları 69,3%-i Qrupun əlində cəmləşib. Qalan 15 sığorta şirkəti isə ümumi sığorta yığımlarının yalnız 30,7%-nə malikdir, başqa sözlə desək, bazarda sığorta sahəsində inhisarçılıq meylləri banklarla müqayisədə daha yüksəkdir.

Beləliklə, ENA.az sığorta şirkətlərinin bu ilin doqquz ayı üzrə sığorta yığımları ilə sığorta ödənişlərinin nisbəti əsasında şirkətlərin gəlirlilik faizlərini oxucularının diqqətinə təqdim edir.

 

Sıra

Şirkətin adı

Sığorta haqları, min manatla

Sığorta ödənişləri, min manatla

Ödənişlərin sığorta haqlarına nisbəti, % ilə

Mənfəət marjası, % ilə

1

“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti        

10,635

9,756

92%

8%

2

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti

7,903

3,098

39%

61%

3

“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

63,946

36,901

58%

42%

4

“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

46,972

17,394

37%

63%

5

“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti

19,228

7,199

37%

63%

6

“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti

7,075

1,156

16%

84%

7

“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti

1,515

1,349

89%

11%

8

“İpək Yolu Sığorta” ASC

5,261

247

5%

95%

9

“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti

27,354

10,489

38%

62%

10

“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti

462,236

317,080

69%

31%

11

“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti

247,231

103,261

42%

58%

12

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

18,945

3,552

19%

81%

13

“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti

61,423

11,369

19%

81%

14

"Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

8,071

4,848

60%

40%

15

“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti

16,704

7,763

46%

54%

16

"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti

12,268

3,771

31%

69%

17

"Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti

6,941

703

10%

90%

                 

Yuxarıda qeyd etdiyimiz kimi, bu faizlər sığorta şirkətlərinin təmiz mənfəətini əks etdirmir. Çünki şirkətlərin xərc maddələrinə ödənişlərlə yanaşı, digər xərcləmələr də daxildir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)