Sosial iqtisadiyyat

Azərbaycanda restoranların dövriyyəsi artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 11,1 % artaraq 1 milyard 877 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 %-i hüquqi şəxslərin, 48,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 12,9 % artaraq 953 milyon manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)