Sosial iqtisadiyyat

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,3 % artaraq 10 milyard 192,4 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 10 ay ərzində təkcə hüquqi şəxslər əhaliyə 7 milyard 687 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 %-ini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 999,2 manatlıq və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 104 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)