"Prezident hökumətin qarşısında əməkhaqlarının artırılması məsələsini qoyub"

“Prezidentin hökumətin qarşısında qoyduğu məsələ əməkhaqlarının artırılması ilə bağlıdır”.
ENA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanımaliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, əməkhaqlarının, sosial ödənişlərin artırılması ilə bağlı hökumətə tapşırıq verilib: “Bu da büdcə layihəsində əksini tapıb”.