"İstehsalın 100-110 minə çatdırılması qarşıda qoyulan hədəflərdəndir"

Alüminiumun istehsalı ilə bağlı yeni strategiya hazırlanır.
Bİ.az xəbər verir ki, bu sözləri "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə deyib.
O bildirib ki, hazırda "Azəralüminium" zavodunda 50-55 min ton külçə və listlər hazırlanır. Məhsulların çeşidini artırmaq üçün yeni strategiya hazırlanır, bu işə xarici mütəxəssislər cəlb edilib. Gəncə Gil-torpaq zavodunun inkişafı, gələcəkdə anot bloklarının istehsalı zavodunun yaradılması, istehsalın 100-110 minə çatdırılması qarşıda qoyulan hədəflərdəndir.