Milli ödəniş sistemləri vasitəsilə nağdsız ödənişin həcmi 7,5% artıb

Bu ilin ilk 9 ayında milli ödəniş sistemləri vasitəsilə 539,2 milyard manat həcmində nağdsız ödəniş həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun sözlərinə görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% artıb.
9 ayda kartlarla aparılan nağdsız ödənişlərin həcmi isə 56 milyard manat təşkil edib. Bu, ödəniş kartlarının ümumi dövriyyəsi ilə müqayisədə 68,4% təşkil edir.