Müəllimlərə də təhsil kartları veriləcək – RƏSMİ
Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.
Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq.
“Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq”, – Elnur Nəsibov Nazirliyin rəsmi qəzetinə müsahibəsində bildirib.