Taleh Kazımov dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini 60 %, sığorta müqavilələrinin sayını isə 50 % azaldacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov keçirdiyi brifinqdə bildirib.
Onun fikrincə, yaranacaq boşluğu yaxın 3 il ərzində özəl sektor dolduracaq.
Xatırladaq ki, gələn ildən dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılması nəzərdə tutulur.