Bank

Mərkəzi Bank daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Consolation" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib

ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, hazırda Azərbaycanda 57 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir.

Xatırladaq ki, "Consolation" 2024-cü ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)