Əsas məzmuna keç
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Bu gündən qatarlarda ödənişsiz “Wi-Fi” xidmətininin tətbiqinə başlanılır

Bu gündən qatarlarda ödənişsiz “Wi-Fi” xidmətininin tətbiqinə başlanılır

Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlayır.

Bu barədə səhmdar cəmiyyətinin məlumatında bildirilir.

Məlumata görə, pilot layihə çərçivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək. Mərhələli şəkildə “Wi-Fi” bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.

“Kəsintisiz internetdən istifadə üçün cihazlarınızı “ADY Free” şəbəkəsindən ayırıb yenidən qoşmağınız kifayətdir”, – deyə ADY bəyan edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə