Sosial iqtisadiyyat

Minimum pensiya artımı təsdiqləndi - 160 MANAT

Milli Məclisin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb. 

"BIxəbər verir ki, iclasda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsinə təklif olunan dəyişiklik barədə məlumat verib.


H.Rəcəli vurğulayıb ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən parlamentə daxil olub.

“Bu qanun layihəsi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Hesab edirəm ki, bu qanuna dəyişiklik vətəndaşların sosial rifahına yüksək təsir göstərəcək”.

Layihəyə əsasən, “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: 

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Müzakirələrdən sonra Milli Məclis əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manata qaldırılmasına səsə verib.

Beləliklə, bu dəyişiklik nəticəsində Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılıb ki, bu da 233 min nəfərin pensiyasında artıma səbəb olacaq. 

9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq.

Pensiyanın minimum məbləğinin artımı 2019-cu il 1 mart tarixindən hesablanacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department