Bir ayda 66 milyon manat gəlir əldə etmiş 3 şirkət
2019-cu ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri 150,7 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 75,2 faizi əhali tərəfindən istehlak olunmuşdur.
"BI" Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Xidmətlərdən əldə edilən gəlirin 44,0 faizi və ya 66,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır. Qeyd edək ki, Azərbaycanda 3 mobil telefon rabitəsi operatoru (Azercell, Azerfon və Bakcell) fəaliyyət göstərir.