Birja

WGC: Qızılın qazancı 50 ildir inflyasiyanın üzərindədir

Dünya Qızıl Şurası “Qızılın uzunmüddətli gəlir gözləntiləri” adlı hesabatını dərc edib. Hesabatda qızılın portfel riskinin idarə edilməsinə verdiyi töhfənin və onun dəyərinin qorunma xüsusiyyətləri əksini tapıb. 

Hesabatda qızılın gəlir gözləntiləri ilə bağlı araşdırmalar nəticəsində bu əmtəənin “dəyər anbarı” olaraq təyin edildiyi və bu yanaşmanın bəzi çatışmazlıqları olduğu vurğulanıb.

Hesabatda “qızıl standartı”nın tətbiq olunduğu dövrlərə aid məlumatlardan istifadənin qızılın performansı ilə bağlı yanlış nəticələrə gətirib çıxardığı qiymətləndirməsi yer alıb və qeyd olunub ki, uzunmüddətli qiymətlərə yalnız maliyyə bazarlarından gələn tələb əsasında baxmaq qızılın çəkisi ilə bağlı yanlış fikir formalaşdırıb. 

“Maliyyə investorları qısa müddətdə qiymətlərin formalaşmasını müəyyən edir”
Hesabatda qızılın uzunmüddətli gəlirliliyinin hesablanmasına yeni yanaşmanın aparıldığı və son 50 ildə qızılın inflyasiyadan əhəmiyyətli dərəcədə yüksək olan və qlobal ÜDM-ə uyğun uzunmüddətli gəlir təmin etdiyi aşkarlanıb.


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)