Neftdə istiqamət bugün aşağıdır - QİYMƏT (11.10.2024)
Neft, İsrailin İrana qarşı cavab tədbirləri planları hazırlaması, Yaxın Şərqdən xam neft tədarükündə fasilələrin yaranma ehtimalını artırması fonunda ikinci həftəlik qazanc əldə etmək yolunda görübür.
Brent nefti bu həftə 1 faizdən çox bahalaşaraq barreli 79 dollara yaxınlaşır, ABŞ xam nefti isə 76 dollardan aşağı satılır.
İsrailin baş naziri Benyamin Netanyahunun təhlükəsizlik kabineti cümə axşamı görüşüb, ölkənin İranın son raket hücumuna necə və nə vaxt cavab verəcəyini müzakirə edib. Qlobal xam neft bazarı bu ay Yaxın Şərqdəki son gərginliklərdən sonra potensial tədarük risklərinə diqqət yetirib.
ABŞ prezidenti Co Bayden OPEK-in üçüncü ən böyük istehsalçısının enerji obyektlərinə hücum etməməyi tövsiyə etsə də, bu ehtimal qalmaqdadır.
Bu həftənin əvvəlində İsrailin müdafiə naziri Yoav Gallant ölkəsinin planlaşdırdığı addımın "ölümcül, qətiyyətli və hər şeydən əvvəl təəccüblü" olacağını söylədi, eyni zamanda İran da istənilən hücuma cavab verməyə söz verdi. Bu, növbəti qisas ehtimalını artırdı.
Qeyd edək ki, Yaxın Şərq qlobal xam neft tədarükünün təxminən üçdə birini təşkil edir və region bir sıra kritik darboğazlara ev sahibliyi edir.