“PAŞA Sığorta” “Azerspace-2” peykini orbitdə 1.6 milyon manata sığortalayacaq

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs “PAŞA Sığorta” ASC ilə müqavilə bağlayıb.
Məlumata görə, müqavilədə “Azerspace-2” telekommunikasiya peykinin orbitdə sığortalanması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 581 000 AZN təşkil edir.