Warning: include(cache/default.luxe): failed to open stream: No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 487
"Məqsədimiz Bakının mərkəzində fərdi nəqliyyat vasitələrinin sayını azaltmaqdır" | ENA.az
Gündəm

"Məqsədimiz Bakının mərkəzində fərdi nəqliyyat vasitələrinin sayını azaltmaqdır"

Ötən il Bakıda avtobus, metro, taksi və piyada gedişlərlə ümumilikdə 2 milyarda yaxın səfər olub.

Bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O, bildirib ki, bunun 52%-i taksi və fərdi nəqliyyat vasitələri, 28%-i isə ictimai nəqliyyatla həyata keçirilib:

“Bu göstəriciləri taksi və fərdi nəqliyyat vasitələri üzrə 16%-ə endirmək, ictimai nəqliyyat üzrə isə 41%-ə qaldırmaq planımız var”.

“Əsas məqsədimiz Bakının mərkəzinə fərdi nəqliyyat vasitələri ilə girişin azaldılmasıdır”, – deyə A.Rzayev əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)