Sənaye

İsrailin İrana "bunun əvəzini ödəyəcəksən" mesajı neftin sıçrayışına səbəb oldu

İranın İsrailə 200-ə yaxın ballistik raket atmasından sonra neft ikinci gün də bahalaşıb. Digər tərəfdən, İsrailin Baş naziri Binyamin Netanyahunun qisas alacağı vədi regionda xam neft tədarükünün risklərini artırıb.

Çərşənbə axşamı İranın hücumundan sonra Brent bir barel üçün 6 faizdən çox bahalaşdıqdan sonra 76 dollara yaxınlaşıb, ABŞ xam nefti isə 72 dollardan yuxarı satılır. 

Xam neftin bahalaşması investorların qlobal tədarükün təxminən üçdə birinin Yaxın Şərqin payına düşdüyünü nəzərə alsaq, dünyanın ən mühüm əmtəəsinə yenidən risk mükafatı təyin etmələrini əks etdirir.

Qəzzada Tehranın dəstəklədiyi HƏMAS-a qarşı təxminən bir il əvvəl başlayan müharibədən bəri İsrail və İran arasında fikir ayrılığı olsa da, neft hasilatında real azalma olmadığı üçün əvvəlki artımlar qısa müddətli olub.

Ötən həftə Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb. İsrailin baş naziri Netanyahu deyib ki, İran böyük səhv edib və “bunun əvəzini ödəyəcək”.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)