Dünya Bankı: Azərbaycan insan kapitalı sahəsində region ölkələrindən geridir
![](https://ena.az/uploads/news/2024-10/_ena_8e603ef88db5d9627a3932f50_o.jpg)
İqlim dəyişikliyi insanlara və insan kapitalına təsir edir.
Bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 3-cü günündə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda insan kapitalı sayəsində 2010- 2020-ci illərdə böyük irəliləyişlər olunsa da, Azərbaycan bu sahədə regional ölkələrdən bir qədər geri qalır:
“Dünya Bankı Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin işçilərin bacariqlarının artırılması sayəsində layihələrin həyata keçirilməsini dəstəkləyir. Ümüdvariq ki, bununla da biz Azərbaycanda insan kapitalının inkişafına öz töhfəmizi verəcəyik” – deyə Dünya Bankının nümayəndəsi əlavə edib.