Mərkəzi Bankın valyuta ehtiyatları 21 %-ə yaxın artıb
![](https://ena.az/uploads/news/2024-10/_ena_701d83e0a8b3f084cf5eafa56_o.jpg)
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 795,8 milyon ABŞ dolları təşkil edib.
ENA.az quruma istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,1 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,6 %, son 1 ildə isə 20,7 % artıb.