Mərkəzi Bank yoxlama nəticəsində cərimə edib, lisenziyaları dayandırıb
Bu ilin ilk yarısında yoxlama və nəzarət tədbirləri çərçivəsində maliyyə sektoru iştirakçılarına qarşı 135 min manat cərimə tətbiq edilib.
Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə 2024-cü ilin ilin ilk yarım ili üzrə keçirilən Maliyyə Sabitliyi hesabatının təqdimatında deyib.
O bildirib ki, Mərkəzi Bank bu ilin 6 ayında 18 yoxlama, 47 nəzarət tədbiri həyata keçirib. Nəzarət tədbiri çərçivəsində icrası məcburi göstərişlər verilib. 28 fiziki və 2 hüquqi şəxs sığorta agentlərinin lisenziyası dayandırılıb, 6 fizki şəxs bir müstəsna hüquqi şəxs sığorta agentinin lisenziyası ləğv edilib.
Cərimələrin əsas səbəbi hesabatlılıq və biznes strategiyasında çatışmazlıqlarla bağlıdır:
"Bu dövrdə 37 lisenziya ləğv edilib ki, bunun da böyük hissəsi sığorta agentlikləri ilə bağlı olub".