Neft kəskin enişini davam etdirir - QİYMƏT (27.09.2024)
Neft OPEC üzvləri, Səudiyyə Ərəbistanı və Liviyadan daha çox tədarük gözləntiləri ilə iki günlük kəskin enişini davam etdirir. Bu həftə 4 faizdən çox ucuzlaşan Brent markalı neft 71 dollara düşərkən, ABŞ xam nefti 67 dollardan satılır.
Financial Times cümə axşamı bildirib ki, Səudiyyə Ərəbistanı daha yüksək hasilata sadiqdir.
Sinqapurdakı Standard Chartered Plc-nin investisiya strateqi Han Zhong Liang, "Liviyanın şərq və qərb hökumətləri arasında yeni razılaşma yaxın müddətdə bazara gündə 500.000 bareldən çox tədarükün qaytarılmasını təmin edə bilər" - deyib.
Çin bu həftə bir sıra monetar və fiskal stimullaşdırıcı tədbirlər elan etdi. Bu açıqlamalar digər əmtəələrə, eləcə də səhmlərə təsir etdi.
İsrail Livandakı Hizbullah hədəflərini qeyri-müəyyən müddətə bombalamağa davam edəcəyini vəd edib ki, bu da regional müharibə riskini azaldacaq atəşkəs razılaşmasına vasitəçilik səylərini pozur.
Digər tərəfdən, ABŞ-ın şərq sahillərində və Meksikanın cənub-qərbindəki bəzi ştatlarda "Con və Helene" qasırğaları cümə axşamı günü Meksika körfəzində neft hasilatının təxminən dörddə birini dayandırıb.