Sənaye

Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində Strateji Anlaşma Memorandumu imzalanıb

İsrail və Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf etməkdə davam edir.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” hesabında yazıb.

O bildirib ki, “AS Holdings” və onun törəmə şirkəti, NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq miqyaslı “Ari Arms” şirkəti bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” dövlət şirkəti ilə Strateji Anlaşma Memorandumu (MOU) imzalayıb:

“Bu əvəzolunmaz tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırır, müstəqillik və milli təhlükəsizliyi gücləndirmək üçün birgə inkişafa və birgə səylərə kömək edir. İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak ediblər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)